Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi boks turnirinə start verilib.
Newsport.az-ın məlumatına görə, yarışda 10 çəki dərəcəsi üzrə 182 idmançı mübarizə aparır.
Turnirin ilk günündə 49 kq çəki dərəcəsində çıxış edən Ruslan Rüstəmov rusiyalı İqor Yeqorova 0:3 hesabı ilə uduzub. Akif Əsədov da (64 kq) yerli idmançıya məğlub olaraq, mübarizəni dayandırıb. Boksçumuz İvan Kozlovski ilə qarşılaşmadan məğlub ayrılıb.
Şamil Səfərəliyev (91 kq) ilk görüşdə Qazaxıstan təmsilçisi Nursultan Koqbergenovla üz-üzə gəlib. Təəssüf ki, bu görüşdə də rəqib idmançı qələbəyə sevinib – 0:3.
64 kq çəki dərəcəsində mübarizə aparan daha bir boksçumuz – İsmayıl Hüseynov yarışdan kənarda qalıb. Həmyerlimiz Rusiyanı təmsil edən Aytal Dyakonova məğlub olub.
Elxan Əliyev də (69 kq) rusiyalı Andrey Kosenkovla görüşdə ümidləri doğrultmayıb – 0:3. Superağır çəki dərəcəsində Kənan Xəlilov Rusiya boksçusu Valeri Topuzyana uduzub – 0:3.
60 kq çəki dərəcəsində Elməddin İsmayılov da yarışı tərk edənlər sırasındadı. O, rusiyalı Süleyman Bammatovla bacarmayıb.
Bu gün isə rinqə daha 6 boksçumuz çıxacaq:
64 kq. Pərviz Quliyev – İşkerxan Madiyev (Gürcüstan)
75 kq. Hacı Dilbazov – Tadaş Sakoçius (Litva)
49 kq. Samir Hüseynli – İqor Yeqorov (Rusiya)
52 kq. Elcan Qafarlı – Georgi Çarqaziya (Gürcüstan)
69 kq. Hüseyn Tarverdili – Maykl Nevin (İrlandiya)
81 kq. Əli Qurbanov – Vitali Baxmatov (Rusiya)