Rio Olimpiadasının 1 addımlığında

Ümumdünya Boks Seriyası (WSB) XI turdan sonra fərdi reytinq cədvəlini açıqlayıb. 

Newsport.az-ın məlumatına görə, “Baku Fires” klubunun üzvləri Məhəmməd Qurbanovla Albert Səlimov öz çəkilərində siyahıya başçılıq edirlər.

Heybətulla Hacəliyev isə Polşada qələbə qazandıqdan sonra 2-ci yerə yüksəlib.

56 kq çəki dərəcəsində mübarizə aparan Qurbanov 5 görüşdən sonra topladığı 25 xalla siyahıda birincidi. Onun ən yaxın izləyicisi irlandiyalı Maykl Konlanın 21 xalı var. Bu çəkidə 2 idmançı Rio-de-Janeyro Olimpiadasına lisenziya alacağından, boksçumuzun böyük şansı var.

Səlimov da (60 kq) olimpiadaya vəsiqə qazanmağa çox yaxındı. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.

Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini möhkəmləndirib. Son görüşdə polşalı boksçunu məğlub edən həmyerlimiz 5 döyüşdən sonra 25 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, 1-cı sıradadı. Meksikalı Raul Qarsiya və kubalı Yasiner Toledo 3-4-cü yerləri bölüşürlər. Bu çəkidə də 2 boksçu lisenziya qazanacağından 4 boksçunun da Olimpiada vəsiqəsinə sahib olmaq şansı qalır.

69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov 16 xalla 4-cü yeri tutur. Boksçumuz lider Rəcəb Butayevdən (Rusiya) 9 xal geri qalır. Bu çəkidə 2-ci yeri hesabında 24 xal olan mərakeşli Məhəmməd Rabii tutur.

Bu mövsüm bütün görüşlərdə qələbə qazanan Abdulqadir Abdullayev (91 kq) reytinqə 3-cü sıradadı. “Baku Fires” klubunun üzvü 5 qarşılaşmadan sonra 25 xal toplayıb. Qazaxıstanlı Vasili Levit və kubalı Erislandi Savon 28 xalla 1-2-ci yerləri bölüşdürsələr də, bu boksçular millimizin üzvündən bir görüş çox keçiriblər. Bu çəkidə 1 idmançının lisenziya alacağını nəzərə alsaq, Abdullayevə çətin olacaq.

Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədi. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından 1 görüş az keçirib. Siyahıya 25 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədi.

49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right