Bu gün "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsi və UNİCEF arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Newsport.az-ın məlumatına görə, , "Fairmont" hotelində baş tutan mərasimdə gənclər və idman naziri, "Bakı-2015"in baş icraçı direktoru Azad Rəhimov, eləcə də UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari-Pyer Puarye iştirak edib.
İlk olaraq "Bakı-2015" və UNİCEF haqda təqdimat videosu təqdim edilib. Daha sonra tərəflər əməkdaşlıq müqaviləsini imzalayıb. Sonda isə rəsmilər jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları 12-28 iyunda Bakı və Mingəçevirdə keçiriləcək.
"Report"