"Bakı-2015": Azad Rəhimov ağac əkdi FOTO

Ölkənin və paytaxt Bakının irsində iz buraxacaq təşəbbüslərin bir hissəsi olaraq bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1000-dən çox ağac əkilib.

Newsport.az-ın məlumatına görə, BAOƏK-in 300-dən çox azərbaycanlı və əcnəbi əməkdaşı, həmçinin “Alov Qoruyan”lar paytaxtın qərbində yerləşən Müşfiqabad qəsəbəsində könüllü olaraq gələcək meşə zolağının salınması nar, palıd, qarağac və şam ağacı əkiblər.

Könüllülərə gənclər və idman naziri və BAOƏK-un baş icraçı-direktoru Azad Rəhimov və Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin də qoşulublar.

Rəhimov bildirib ki, Bakı-2015 Azərbaycanın tarixində möhtəşəm hadisə olacaq və bu tədbir ölkənin və əhalinin həyatında əhəmiyyətli yer tutacaq: “Biz Avropa Oyunlarının Azərbaycanın bəşəri və infrastruktur sahələri üzrə səmərələrini tez-tez vurğulayırıq, bu gün isə qarşıdakı yarışların Bakının yaşıllaşdırılması və dayanıqlı mirası üzrə iz buraxacağını nümayiş etdirə bilərik”.

BAOƏK-un korporativ direktoru Elçin Səfərov bunun gələcək nəsil üçün əkildiyini deyib: “Ağacəkmə Novruz bayramı ərəfəsində keçirilən Azərbaycan adətidi. Beləliklə, yeni ilin, eləcə də yeni həyatın gəlişini qeyd edirik. Bu ağaclar gələcək nəsillər üçün əkilir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right