"Bakı-2015” zamanı toy və yas mərasimlərinə qadağa qoyulmayacaq"

"Avropa Oyunları zamanı toy və yas mərasimlərinə heç bir qadağa qoyulmayacaq".

Newsport.az-ın "Report" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.

Nazir bildirib ki, I Avropa Oyunları müddətində Bakıda xeyir-şər tədbirlərinin qarşısı alınmayacaq: "Kim istəsə, toy edə, Allah eləməsin, kiminsə ölüsü olsa, çadır qura bilər".

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right