Gənclər Olimpiya çempionunun xatirə turnirində

7-8 mart 2015-ci il tarixdə Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək. 

Newsport.az-ın məlumatına görə, turnirdə gənclərdən ibarət sərbəst güləş yığmamızın 3 üzvü qüvvəsini sınayacaq. Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında turnirə yola düşən heyətdə Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) yer alıb. 

Turnirin proqramına əsasən, martın 7-də 50, 60, 74 və 96 kq, martın 8-də isə 55, 66, 84 və 120 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right