Bakı klubu Argentinada sevindi

Ümumdünya Boks Seriyasının (WSB) VII turunun döyüşləri başa çatıb.

Newsport.az-ın məlumatına görə, yarışda ölkəmizin idman şərəfini qoruyan “Baku Fires” Argentinada “Argentina Condors” komandası ilə qarşılaşıb.

Təmsilçimiz cari mövsümdə ilk dəfə səfər qarşılaşmasında qalib gəlib - 4:1. Komandamız bununla da 3-cü pillədəki yerini də qaytarıb.

 

Argentina Condors - Baku Fires

49 kq. Leandro Zarate – Məhəmməd İbiyev – 3:0 (49:46, 49:46, 49:46).

56 kq. İqnasio Perrin – Məhəmməd Qurbanov - 0:3 (46: 49, 45:50, 45:50).

64 kq. Leandro Amitrano – Heybətulla Hacəliyev – 0:3 (45:50, 45:50, 43:50).

75 kq. Alberto Lebenstajn – Nikolay Veselov – 0:2 (47:48, 46:49, 45:50).

91 kq. Daniel Blanş – Abdulqadir Abdullayev – 0:3 (41:50, 44:50, 43:50).

 

B qrupunda digər nəticələrə gəlincə, “Astana Arlans” doğma divarlar arasında “İtalia Thunder”i 3:2 hesabı ilə məğlub edib. “Puerto Riko Hurricanes” USA “Knockouts” üzərində 3:2 hesabı ilə qələbə qazanıb. “Rafako Hussars Poland” isə səfərdə “Caciques Venezuela” komandasına 2:3 hesabı ilə uduzub.

 

Turnir cədvəli:

1. Astana Arlans – 21 xal, döyüşlərin fərqi (29-6)

2. USA Knockouts –16, (20-15)

3. Baku Fires – 14, (22-13)

4. İtalia Thunder – 13, (19-15)

5. Puerto Riko Hurricanes – 11, (14-21)

6. Caciques Venezuela – 10, (14-21)

7. Rafako Hussars Poland - 7, (14-21)

8. Argentina Condors – 1, (7-27)

 

Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü martın 7-də Milanda “İtalia Thunder”ə qarşı keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right