Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi Avropa Olimpiya Oyunlarında iştirak üçün Azərbaycana gələcək bütün idmançıların xərclərini ödəyəcək.
Newsport.az "sportbox" saytına istinadən xəbər verir ki, Çingiz Hüseynov bildirib ki, hətta erməni idmançılarının da xərcini Azərbaycan tərəfi ödəyəcək. "Bütün Olimpiya oyunlarının keçirilməsi zamanı belə bir praktika mövcuddur. İdman heyətlərinin gəlişi və bütün xərclərini ya Beynəlxalq Olimpiya Komitəsi, ya da yarışlara ev sahibliyi edən ölkə ödəyir. İndiki halda heyətlərin ölkəyə gəlişi, yerləşdirilməsi və ölkədə qalmasını Azərbaycan tərəfi öz üzərinə götürür. Eyni zamanda erməni nümayəndə heyətinin xərclərini də Azərbaycan tərəfi ödəyəcək. Onlar Tiflis tranziti ilə Bakıya gələcək", - deyə Çingiz Hüseynov bildirib.