"Bakı-2015": voleybol yarışlarında qruplar açıqlandı

"Bakı-2015" I Avropa Oyunları voleybol yarışlarının seçim turunda iştirak edəcək qrupların tərkibini açıqlayıb. 

Newsport.az-ın məlumatına görə, Birinci Avropa Oyunlarının  voleybol yarışlarında 12 kişi və 12 qadın idmançılardan ibarət komandalar iştirak edəcək.

Həmin komandalardan 9 kişi və 9 qadın idmançı Avropanın son reytinq siyahılarında tutduqları yerlərə görə seçim mərhələsindən keçiblər.

Ev sahibi kimi Azərbaycanın milli komandası seçim mərhələsində birbaşa iştirak edəcək. Digər iki komanda Avropa Voleybol Konfederasiyasının Liqasının son dörd yarışlarında tutduqları yerə əsasən iştirak etmək hüququna layiq görülüblər.

I Avropa Oyunarında çıxış edəcək voleybol komandalarının yer aldığı qruplar (mötərizədə komandaların Avropa reytinqlərindəki yerləri əks olunub):

Kişilər:

A qrupu: Azərbaycan (34 - ev sahibi), Serbiya (3), Polşa (4), Fransa (7), Finlandiya (8), Türkiyə (13)

B qrupu: Rusiya (1), İtaliya (2), Bolqarıstan (5), Almaniya (6), Belçika (9), Slovakiya (10)

Qadınlar:

A qrupu: Azərbaycan (12 – ev sahibi), İtaliya (2), Türkiyə (4), Polşa (6), Belçika (8), Rumıniya (15)

B qrupu: Rusiya (1), Serbiya (2), Almaniya (5), Hollandiya (6), Xorvatiya (8), Bolqarıstan (10)

Qeyd edək ki, hər qrupdan 4 komanda yarışların 1/4 final mərhələsinə vəsiqə qazanacaq. Voleybol yarışları 13 iyun tarixindən etibarən "Crystal Hall"da keçiriləcək və ümumilikdə 336 idmançı iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right