"Bakı-2015": Britaniyalı idmançıların xərclərini Azərbaycan ödəyəcək?

Azərbaycan Avropa Oyunlarına rəqabət qatmaq üçün İngilis idmançılara pul ödəyir. 

Newsport.az-ın məlumatına görə, bu iddia ilə Britaniya Olimpiya Assosiasoiyası çıxış edib edib. 

"The Guardian"ın yazdığına görə, Britaniya 18 idman növü üzrə 160 idmançısını Bakıya gönədərəcək. Bu isə Britaniyanın ötən il Soçi qış olimpiya oyunlarına göndərdiyi idmançıların sayından üç dəfə çoxdur. 

Bakı 2015 Avropa Oyunları 2015-ci ilin iyununda Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right