Vyanada "Bakı-2015"in təqdimatı olacaq

Bakı-2015 Avropa Oyunlarının təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Macarıstanın Budapeşt şəhərində rəsmi səfərdədir.

Newsport.az-ın məlumatına görə, bu gün Budapeştin məşhur “Viqado” Mərasim Zalında baş tutacaq təqdimat mərasimində nazir Azad Rəhimov çıxış edərək, ölkənin birinci xanımı,  Avropa Oyunlarının Təşkilat  Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən işlər, oyunlara hazırlıq prosesi haqda məlumatlar verəcək.

Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları I Avropa oyunlarının Budapeşt şəhərində təqdimatı çərçivəsində ölkəmizin mədəniyyətini, tarix və adətlərini,  I Avropa oyunlarına hazırlıq çərçivəsində görülən işləri  özündə əks etdirən video çarx nümayiş olunacaq.

Tədbirdə müxtəlif ölkələrin Macarıstandakı diplomatik nümayəndələri, dövlət məmurları, parlament üzvləri və jurnalistlər də iştirak edəcək.  Təşrif buyurmuş qonaqlara eyni zamanda Azərbaycan milli mətbəxindən yeməklər də təqdim ediləcək. Sərgi çərçivəsində qonaqlara I Avropa oyunları ilə bağlı bukletlər, suvenirlər  və jurnallar da  paylanacaq.

Tədbirin sonunda qonaqlara konsert proqrami təqdim olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right