Ramil Quliyev Türkiyədə ilin idmançısı seçildi

“Milliyet” qəzetinin keçirdiyi “İlin idman mükafatları-2017” tədbirində “ilin idmançısı” nominasiyası üzrə də qalib müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu ada Türkiyəni təmsil edən həmyerlimiz, ötən il yüngül atletika üzrə dünya çempionu olan Ramil Quliyev layiq görülüb.

Qeyd edək ki, “ilin komandası" mükafatına namizədlər arasında adı olan "Qarabağ" tədbirin xüsusi fəxri mükafatını alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right