Kamran finalda

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, yarımfinalda mübarizə aparan yeganə təmsilçimiz Kamran Şahsuvarlı bu gün rinqə çıxıb.
75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız macarıstanlı Adam Harcla qarşılaşıb. Görüşü qələbə ilə başa vuran Kamran finala yüksəlib.
Boksçumuzun finaldakı rəqibi ukraynalı Aleksandr Xijnyak olacaq. 
Qeyd edək ki, yarışa 10 boksçu ilə qatılan millimizin 5 üzvü 1/4 finala yüksəlməyi bacararaq dünya çempionatında yarışmağa haqq qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right