Avropa Çempionatında 5 medal

Serbiyanın paytaxtı Belqradda kiçik yaşlı yeniyetmələrin Avropa Çempionatı keçirilib.
 
Newsport.az-ın məlumatına görə, turnirdə iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıb.
 
Bütün rəqiblərindən üstün olan Riyad Aslanov (42 kq) çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə yığmamıza Məmməd Əhmədov (53 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov və Fərid Cabbarov (hər ikisi 73 kq) qazandırıb.
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right