İslam Həmrəliyi Oyunlarının tennis yarışlarında qadınlar arasında fərdi mübarizə başa çatıb.
Newsport.az-ın məlumatına görə, türkiyəli idmançıların qarşılaşdığı final matçında qızıl medala Ayla Aksu sahib olub.
O, rəqibi Berfu Cengizə 6:3 və 6:2 hesabı ilə qalib gələrək çempion olub.
Üçüncü yer uğrunda görüşdə isə Özbəkistan tennisçisi Sabina Şaripova Oman təmsilçisi Fatma Al Nabhani üzərində inamlı qələbə qazanaraq (6:2, 6:2) bürünc medalı aktivinə yazdırıb.