“Bundan sonra futbolda mən yox, nəvəm çalışa bilər" – Sadıq Sadıqov

"Neftçi”nin sabiq prezidenti, hazırda Cüdo Federasiyasında vitse-prezident vəzifəsini tutan Sadıq Sadıqov yenidən futbola qayıdacağı, “Səbail”in Müşahidə Şurasında yer alacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, S. Sadıqov bunları söyləyib:

“Futbolla qurtarmışıq, bir daha geri qayıtmaq fikrim də yoxdur. Hazırda bütün diqqətimi cüdoya yönəltmişəm. Bundan sonra futbola ancaq nəvəm Sadıq Sadıqlı çalışa bilər”. 

futbolxeber.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right