Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun üzvü Rafael Ağayev 5-ci dəfə dünya çempionu tituluna yiyələnib.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Misir təmsilçisi Onar Abdel Rahman ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Ağayev 5-ci dəfə planetin ən yaxşısı adına yiyələnib.

Xatırladaq ki, 13 qat Avropa çempionumuz  finala qədər Macarıstan, Hollandiya, Özbəkistan, Ermənistandan və İran idmançılarını mübarizədən kənarlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right