"Qəbələ" idmançısının 7-ci qələbəsi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb. 

Newsport.az-ın məlumatına görə, 26 yaşlı idmançımız Rusiyanın Nalçik şəhərində təşkil olunan MMA döyüşlərində uğurla çıxış edib. 

Dünya kubokunun mükafatçısı olan təmsilçimiz Beynəlxalq Qafqaz Çempionatında (International Caucasian Fight Championship) rusiyalı Vaxa Şanxoyevlə qarşılaşıb. 

3 raund davam edən döyüşdə hakimlərin rəyi ilə qalib gələn Əliyev 9-cu sınağında 7-ci qələbəsini əldə edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right