Rio-2016: boksçumuz erməniyə qalib gələrək finala yüksəldi

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışların davam edəcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxacaq.
 
64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. Bu görüşdə qalib gələn L.Sotomayor finala yüksəlib. 


Boksçumuz qızıl medal uğrunda görüşdə avqustun 21-i Fazliddin Gaibnazarovla (Özbəkistan) qarşılaşacaq.

Qeyd edək kiL.Sotomayor finala vəsiqə qazanmaqla Azərbaycan tarixində bir ilkə imza atmış oldu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right