Rio Olimpiadasında boks yarışları davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün boksçumuz Kamran Şahsuvarlı da rinqə çıxıb.
75 kq çəki dərəcəsində döyüşən Kamran 1/8 finalda rusiyalı Artyom Çebotaryova qalib gələrək 1/4 finala yüksəlib.
Qeyd edək ki, idmançımız 1/16 finalda çinli Zao Minqqanqa qalib gəlmişdi.