“Formula-1”: Komandaların Bakıya gəlmə vaxtı açıqlandı

Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisinə qatılacaq texniki heyətlərin və pilotların ölkəmizə gələcəyi vaxt dəqiqləşib. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən 
Newsport.az-a saytına verilən məlumata görə, komandalar iyunun 14-dən etibarən paytaxtımıza təşrif buyuracaqlar.

 
Buna səbəb onların iyunun 10-12-də Kanada Qran-prisinə qatılmalarıdır. Monrealdan Bakıya gələcək komandalar yarış bitdikdən dərhal sonra isə ölkəmizdən ayrılacaqlar. Çünki Avropa Qran-prisinin ardınca onlar Avstriyadakı mərhələdə sürətlərini yoxlayacaqlar.
 
Qeyd edək ki, Bakıdakı yarış iyunun 17-19-da olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right