Millimiz Qazaxıstanda 9 boksçu ilə mübarizə aparacaq

Mayın 19-dan 27-dək Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçiriləcək.

Newsport.az -ın məlumatına görə, yarışa hazırlıqları başa vuran milli komandamız artıq Qazaxıstandadır.

Son hazırlıq prosesini Ukraynanın İvano-Frankovsk şəhərində keçən milli komandamızın heyətində bu boksçular mübarizə aparacaq:

48 kq – Əzizə Abbasova,
51 kq – Anna Əlimərdanova,
57 kq – Məhsəti Həmzəyeva,
60 kq – Yana Alekseyevna,
64 kq – Ayzanat Hacıyeva,
69 kq – Məryəm Cəbrayılova,
75 kq – Elena Vstropova,
81 kq – Alina Hacıyeva,
+81 kq – Aynur Rzayeva

Qeyd edək ki, komandamız Qazaxıstanda baş məşqçi Aleksandr Denisov və məşqçilər İvan Yuşenko ilə Lətif Bağırovun rəhbərliyi altında çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right