Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov mayın 20-də Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, qəbulda Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon və şəhər sakinləri iştirak edəcəklər.

Qəbul Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbəüz) saat 11:00-da başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right