Çempionlar Liqasında iki klubla təmsil olunacağıq

2016/17 mövsümündə Azərbaycanı voleybol üzrə avrokuboklarda cəmi 2 klub təmsil edəcək.

Newsport.az-ın məlumatına görə, "Azərreyl" və "Telekom" Çempionlar Liqasında mübarizə aparacaq.

Maliyyə problemləri yaşayan "Lokomotiv" və "Azəryol" isə avrokuboklarda iştirak etməyəcək. Bu isə o deməkdi ki, CEV kuboku və "Çağırış" kubokunda heç bir klubumuz oynamayacaq.

"Telekom" böyük ehtimalla yenə Zoran Qayiçin rəhbərliyi altında çıxış edəcək. Ancaq "Azərreyl"in baş məşqçi məsələsinə hələ aydınlıq gəlməyib. Qeyd edək ki, "Lokomotiv"in əcnəbi voleybolçulara olan borcu ya klub, ya da Voleybol Federasiyası tərəfindən ödənməsə, klublarımıza transfer qadağası qoyulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right