Elnur Məmmədli: "Turnir çox yüksək səviyyədə keçdi"

Gördüyünüz kimi, turnir çox yüksək səviyyədə keçdi. Təşkilatçılıq bütün qonaqların ürəyincə oldu". 

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti olimpiya çempionu Elnur Məmmədli deyib.

O, yarış və qarşıdan gələn mötəbər turnir - Rio Olimpiadası ilə bağlı fikirlərini bölüşüb: "Komandamız çox ağır yarışdan - Avropa çempionatından dönüb. Bu səbəbdən uşaqlar yorğun idilər. Əsas odur ki, zədəsiz ötüşdük. Qarşıda bizi dördilliyin əsas yarışı olan Rio Olimpiadası gözləyir".

"Rioda kimdən nə gözləyirsiniz?" sualına Məmmədli belə cavab verib: "Lisenziya aldığımız hər çəkidə bizim cüdoçular güclüdü. Konkret fərqləndirmək istəməzdim. Hər birinin medal şansı var".

Olimpiya çempionu olduğu 73 kiloqramda Rio tatamisində təmsil olunacağımız Rüstəmə gəldikdə, Məmmədli bildirib ki, Rüstəm bu gün bu çəkidə dünya cüdosunun ən yaxşılarından hesab olunur, medal, hətta çempionluq şansları yetərincədi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right