"Formula 1": Ulduz elçi kim olacaq?

Mayın 6-da Formula-1 Avropa Qran Prisinin Marşal komandasını təmsil edəcək ulduz elçinin adı açıqlanacaq.

Newsport.az saytının məlumatına görə, adı açıqlanmayan bu şəxs Azərbaycanın tanınmış simalardandır və "Bakı-2015" Avropa Oyunlarının ulduz elçilərindən biri olub.

Təqdimat mərasimindən sonra “Bakı Marşallar Klubu” (Baku Marshals Club) Trek Marşalları üçün təlim təşkil edəcək.

Təlimdə 350 –dən çox marşalın iştirakı nəzərdə tutulur. Təlimlər, Bəhreyn Motor İdman Federasiyasının təcrübəli təlimçiləri tərəfindən təşkil ediləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right