Tanınmış məşqçi Böyük Britaniyadan ölkəmizə dəvət olundu

Aprel ayının 18-dən başlayaraq Gənclər və idman nazirliyinin dəstəyi ilə "Su idman sarayı"nda Azərbaycanın müxtəlif bölgələrindən olan məşqçilərin kvalifikasiyasının artırılması məqsədi ilə seminarlara başlayıb.

Newsport.az-ın məlumatına görə, aprel 20-dək davam edəcək seminar hər gün səhər saat 11:00-dan 16:00-dək keçirilir. Seminar Böyük Britaniyadan ölkəmizə dəvət olunmuş beynəlxalq səviyyəli məşqçi Devid Hovatson tərəfindən aparılır. Seminarda müxtəlif idman mərkəzlərində fəaliyyət göstərən 35 məşqçi iştirak edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right