"Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm"

Türkiyənin Samsun şəhərində davam edən Rio Olimpiya Oyunlarına lisenziya xarakterli boks turnirində Azərbaycan idmançılarının uğurlu çıxışı davam edir.

Newsport.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edən dünya çempionumuz Cavid Çələbiyev yarımfinal görüşündə Ermənistan boksçusu Aram Avaqyanla qarşılaşıb.

Rəqibini tam üstünlüklə, 30:25 hesabı ilə məğlub edən Çələbiyev finala yüksəlməklə yanaşı, Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziyanı da təmin edib. Görüşdən sonra açıqlama verən dünya çempionumuz erməni boksçu üzərində qazandığı qələbəni işğal olunmuş torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr etdiyini bildirib:

“Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Bildirmək istəyirəm ki, hər birimiz vətənimiz uğrunda canımızdan keçməyə hər an hazırıq. Biz hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və vətən uğrunda döyüşməyə hazırıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right