3 boksçumuz yarımfinalda!

Türkiyənin Samsun şəhərinde Avropa qitəsi boksçularının lisenziya xarakterli turniri davam edir.

Newsport.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Lorenso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidislə qarşılaşıb.

Avropa Oyunlarının qalibi olan idmançımız rəqibini məğlub edərək yarımfinala yüksəlib. 81 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədov isə türkiyəli rəqibi Mehmet Ünala uduzaraq yarımfinala yüksələ bilməyib. Ən ağır çəkidə ölkəmizi təmsil edən ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov italiyalı Quido Vianelloya qalib gələrək yarımfinala adlayıb.

Qadın idmançımız - 60 kq çəki dərəcəsində çıxış edən Yana Alekseyevna 1/4 finalda isveçli Anye Aleksiussonla döyüşdə qələbə qazanaraq yarımfinala yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right