Heydər Əliyevin xatirəsinə həsr olunmuş Böyük dəbilqə turniri keçiriləcək

Mayın 6-8-də Bakı şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Heyər Əliyev adına İdman Arenasında təşkil olunacaq mötəbər yarışı işıqlandırmaq istəyən media mənsubları akkreditasiya əldə etmək üçün aprelin 25-dək Azərbaycan Cüdo Federasiyasına müraciət edə bilərlər.

Qeydiyyatdan keçmək istəyənlərdən 1 ədəd 3x4 ölçüdə şəkil və jurnalist vəsiqəsinin surətini [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yarışın başlanmasına üç gün qalmış federasiya tərəfindən akkreditasiyaların əldə olunması ilə bağlı əlavə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right