Üç boksçumuzdan uğurlu çıxış

Türkiyənin Samsun şəhərində boks üzrə Rio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış davam edir.

Newsport.az saytının məlumatına görə, turnirin 3-cü günündə rinqə 4 həmyerlimiz çıxıb.

Qadınların yarışında 60 kq çəki dərəcəsində mübarizə aparan Yana Alekseyevna türkiyəli rəqibi Gülsüm Tatarı məğlub edərək növbəti mərhələyə adlayıb. Digər qadın boksçumuz, 75 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vstropova da türkiyəli boksçu ilə qarşılaşıb. Gərgin keçən döyüşdə Sema Çalışkan qələbə qazanıb.

Kişi boksçularımıza gəlincə, 64 kq çəki dərəcəsində döyüşən, Avropa Oyunlarının qalibi Lorenso Sotomayor irlandiyalı Din Volşla görüşdən qalib ayrılaraq növbəti mərhələyə adlayıb. Ən ağır çəkidə mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov da irland boksçu ilə qarşılaşıb. Məcidov bu görüşdə qalib gələrək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, qalib gələn idmançılarımız 1/4 finala yüksəlib. Xatırladaq ki, yarış aprelin 17-də yekunlaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right