Mariya Stadnik birinci, Yuliya Ratkeviç beşinci sırada

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Newsport.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var.

5-ci dəfə Avropa çempionu tituluna yiyələnən Mariya Stadnik reytinq siyahısında liderliyini möhkəmləndirib. Avropa çempionatının 60 kq çəkidə bürünc medalına yiyələnən Yuliya Ratkeviç 58 kq çəkinin reytinq siyahısında bir pillə yüksələrək 5-ci olub. Ötən ayın reytinq siyahısında 55 kq çəkidə 9-cu mövqedə qərarlaşan Avropa çempionatında 58 kq-da qızıl medal qazanan Nataliya Sinişin 7-ci sıraya yüksəlib. U-23 Avropa çempionatının qalibi Tatyana Omelçenko da reytinqdəki mövqeyini yaxşılaşdırıb. 10 pillə yüksələn güləşçimiz 9-cu sırada qərarlaşıb.

48 kq

1. Mariya Stadnik - Avropa çempionatı 1-ci yer (1)

53 kq 

8. Anjela Doroqan - Kiyev turniri 2-ci yer (5)

55 kq 

18. Alyona Kolesnik - U-23 AÇ 2-ci yer (18)

58 kq

5. Yuliya Ratkeviç - Avropa çempionatı 3-cü yer (60 kq) (6)
7. Nataliya Sinişin - Avropa çempionatı 1-ci yer (9 @ 55 kq)

60 kq 

9. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (19)
16. İrina Netreba - Polşa turniri 3-cü yer (8)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right