Avropa Qran Prisinin başlama vaxtı dəyişdi

Azərbaycan Hökumətinin yay vaxtına keçidin ləğv olunmasına dair qərarı ilə əlaqədar olaraq yarışın başlama vaxtı saat 5-ə çəkildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ölkə ictimaiyyətininin diqqətinə çatdırır ki, Azərbaycan Hökumətinin bu ildən etibarən yay vaxtına keçidin ləğv olunmasına dair qərarı ilə əlaqədar olaraq, bu il BakıdaFormula 1 üzrə ilk dəfə keçiriləcək Avropa Qran Prisinin başlama vaxtı bir saat önə çəkildi. Belə ki, yeni vaxtla yarışa saat 5-də start veriləcək.

Avropa Qran Prisinin ilkin olaraq razılaşdırıldığı kimi saat 6-da keçiriləcəyi halda bu yarışın saat 8:14-də günün batmasına təsadüf edə biləcəyini və eyni zamanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə alan Formula Bir Rəhbərliyi (FOM) ötən həftəsonusözügedən dəyişikliyitəsdiq etdi.

Yarışın başlama vaxtının dəyişdirilməsi saatı irəli çəkən ölkələrdə izləyicilərə təsir etməyəcək. Belə ki, yarışın rəsmi açılışı Mərkəzi Avropa Vaxtı ilə saat 3-də baş tutacaq. Bu yarış həmin saatda yekunlaşacaq 24 saat Le Manş rallisi ilə üst-üstə düşməyəcək.

BŞH-nin İcraçı Direktoru Arif Rəhimov bu xəbəri şərh edərkən belə dedi: “Formula Bir Rəhbərliyi ilə aparılan faydalı müzakirələrdən sonra həm oyunu canlı izləyəcək azarkeşlərimizin, həm də komandaların və pilotların marağına uyğun olaraq, yarışın yeni başlama vaxtını elan etməyə şadıq. Bu vaxtı bir saat önə çəkməkdə məqsədimiz pilotların havanın qaralması ilə bağlı narahatlığını aradan qaldırmaq və 24 saat davam edən Le Manş rallisini evdə izləyən azarkeşlərimizin ralli yekunlaşan kimi televizorun pultunun düyməsinə toxunmaqla bu möhtəşəm şəhərdə ilk dəfə keçiriləcək Formula 1 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right