Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrindətikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.
Bu səbəbdən, Neftçilər prospektinin Rəsul Rza və Əziz Əliyev küçələri ilə kəsişmələri arasında olan hissəsində yolun bir tərəfibu günnəqliyyatın hərəkəti üçün bağlıdır. Eyni zamanda Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissədə nəqliyyatın hərəkətibir günlüyünə tamamilə dayandırılıb.