31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kikboksinq üzrə açıq Binəqədi birinciliyi keçirilib.
Newsport.az-ın məlumatına görə, birincilikdə, ümumilikdə, 8 komandanın tərkibində 85 idmançı iştirak edib.
Yarışın nəticəsinə görə, “Cənub” idman klubunun idmançıları birinci yeri tutublar. “Yardımlı-Viləş” klubu ikinci, “Neftçi”nin kikboksçuları isə üçüncü olublar. Mükafatçılara Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.