“Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi elçisi, ikiqat dünya çempionu, hazırda “McLaren Honda” komandasının heyətində yarışan Fernando Alonso Bəhreyn Qran-prisində iştirak edə bilməyəcək.
Newsport.az-ın məlumatına görə, buna səbəb səhhətində yaranan problemdi.
İspaniyalı pilot Bəhreyn Beynəlxalq Halqasının həkimləri tərəfindən yoxlamadan keçirilib və testin nəticələri mənfi olub. Həkimlər onun yarışda iştirakını tibbi cəhətdən qeyr-məqbul hesab ediblər. Onu McLaren-in ehtiyatda olan pilotu Ştoffel Vandorn əvəzləyəcək. 34 yaşlı F.Alonso Avstraliya Qran-prisində avtomobili saatda 200 kilometr sürətlə idarə edərkən qəzaya düşüb.