Ölkə prezidenti yığmanın üzvlərinə 9 silah bağışladı

Ukraynanın prezidenti Pyotr Poroşenko ölkənin yığma komandasının futbolçularına qeyri-adi hədiyyə edib. 

Newsport.az-ın məlumatına görə, Pyotr Poroşenko 9 oyunçunu həqiqi silahla mükafatlandırıb. 

Ukrayna prezidenti "Avro 2016"-nın final oyununa çıxdığı üçün komandanın baş məşqçisi və Ukrayna Futbol Federasiyasının rəhbərlərinə silahlar təqdim edib. Prezidentin bununla bağlı xüsusi fərmanı 2015-ci ilin 21 noyabr tarixində verilsə də sənəd ötən gün Ukrayna KİV-inin sorğusuna cavab olaraq dərc olunub.

Poroşenkonun Ukrayna yığmasının futbolçularına silah hədiyyə etməsi ölkədə birmənalı qarşılanmayıb. Ukrayna 10 iyun-10 iyul tarixlərində Fransada keçiriləcək Avropa çempionatında qrup mərhələsində Almaniya, Polşa və Şimali İrlandiya komandaları ilə görüşəcək. Almaniya dünya çempionatının son qalibidi. Avropa çempionatının son qalibi isə İspaniya olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right