Cüdocularımız Tiflis Qran-prisində mükafat uğrunda yarışacaq

Martın 25-də Tiflis şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışına start veriləcək.

Newsport.az-ın məlumatına görə, üç gün davam edəcək mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar. Gürcüstan Qran-prisində yığma komandamızı Orxan Səfərov, İlqar Müşkiyev (60 kq), Nicat Şixəlizadə, Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Rüstəm Alimli (81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) təmsil edəcəklər.

Reytinq xarakterli və Olimpiya yarışına seçim statuslu turnirdə 70 ölkədən 455 idmançı birincilik uğrunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right