Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yüngül atletika üzrə komandasının idmançısı Yelena Çebanu Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərində keçirilən 8-ci Fəzza qran pri turnirində növbəti uğuruna imza atıb.
Newsport.az-ın məlumatına görə, o, 400 metrə qaçışda 58.18 saniyə nəticəsi ilə qızıl medal qazanaraq bu növdə Rio de Janeyro 2016 Yay Paralimpiya oyunlarına lisenziya əldə edib.
Xatırladaq ki, Çebanu daha öncə bu turnirdə 100 metr məsafəyə qaçışda 12.11 saniyə nəticəsi ilə qızıl medal qazanmışdı.