Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha 2 görüş keçirilib.
Newsport.az-ın məlumatına görə, günün mərkəzi matçında “Lokomotiv”lə “Azərreyl” üz-üzə gəlib. Görüş olduqca gərgin məcrada keçib. İlk 3 oyundan ikisində qalib gələn “Azərreyl” bu dəfə rəqibinə boyun əyməli olub.
"Dəmiryolçular" ilk setdə qalib gəlsələr də, sonrakı iki partiyanı məyus bitiriblər. Sonradan hesabı bərabərləşdirmək mümkün olsa da, tay-brekdə sevinən "Lokomotiv" olub. “Azəryol” – “Tbilisi” qarşılaşmasında isə Ziya Rəcəbovun yetirmələri rahat qələbə qazanıb. "Yolçəkənlər" gürcülərə heç bir şans verməyiblər - 3:0.
“Lokomotiv” – “Azərreyl” - 3:2 (21:25, 25:21, 25:21, 20:25, 15:11)
“Azərreyl” İdman Bazası
I dövrə: “Azərreyl” - “Lokomotiv” - 0:3 (24:26, 16:25, 23:25)
II dövrə: “Lokomotiv” – “Azərreyl” - 0:3 (22:25, 13:25, 20:25)
III dövrə: “Azərreyl” – “Lokomotiv” - 3:0 (25:17; 25:21; 25:20)
XIV tur
“Azəryol” – “Tbilisi” - 3:0 (25:7; 25:12; 25:20)
“Azərreyl” İdman Bazası
I dövrə: “Azəryol” – “Tbilisi” - 3:0 (25:12, 25:21, 25:13)
II dövrə: “Tbilisi” – “Azəryol” - 0:3 (11:25; 18:25; 14:25)
Komanda O Q M 3:0 3:1 3:2 2:3 1:3 0:3 S/F T/F X
1.Azərreyl 19 14 5 12 1 1 2 2 1 48-18 1453-1556 43
2.Telekom 19 14 5 8 4 2 1 1 3 45-23 1578-1319 41
3.Lokomotiv 19 13 6 9 1 3 2 1 3 44-25 1562-1355 38
4.Azəryol 17 9 8 6 1 2 4 3 1 38-29 1505-1389 29
5.Gənclik 18 4 14 2 1 1 0 0 14 12-45 989-1336 11
6.Tbilisi 16 0 16 0 0 0 0 1 15 1-48 673-1223 0