Bu gün voleybolçu qadınlar arasında CEV Kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib.
Newsport.az-ın məlumatına görə, "Azəryol" Rusiyanın "Dinamo" (Krasnodar) klubu ilə qarşılaşıb. İlk görüşdə rəqibinə 0:3 hesablı uduzan təmsilçimiz bu oyunda eyni hesabla məğlub olub. Bununla da millimiz turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, Krasnodar "Dinamo"su ötən mövsüm CEV Kubokunun qalibi olub.
CEV Kuboku
Yarımfinal, cavab görüşü
18:00. "Azəryol" (Azərbaycan) - "Dinamo" (Krasnodar, Rusiya)- 0:3 (17:25; 25:27; 17:25)