Avropa kubokunda ilk gün millimiz üçün uğursuz oldu

Çexiyanın paytaxtı Praqa şəhərində cüdo üzrə Avropa kubokuna start verilib.

Newsport.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan milli komandasının 5 üzvü qüvvəsini sınayıb.

60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy 1/4 finala gedən yolda litvalı Andrey Kolokov, mərakeşli Məhəmməd Cafi və israilli Daniel Ben Davidi məğlub edib. 1/4 finalda Fransa təmsilçisi Sedrik Revola məğlub olan cüdoçumuz təsəlliverici görüşlərə qatılıb. Lakin ilk qarşılaşmasında İsrail cüdoçusu Yoav Şemeşə uduzaraq Avropa kubokunda 7-ci olub.

Digər cüdoçularımız – Sadiq Məhərrəmov (60 kq), İlkin Babazadə, Rəşad Rufullayev və Turan Seyidov (hər üçü 66 kq) mübarizəni erkən dayandırıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right