Rövnəq Abdullayev cüdo üzrə Azərbaycan birinciliyində

Bakı İdman Sarayında cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi davam edir.

Newsport.az-ın məlumatına görə, bu yarışda respublikamızın bütün bölgələrini və paytaxt Bakını təmsil edən 24 komandanın 328 cüdoçusu mübarizə aparır.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev yarışları Bakı İdman Sarayında canlı izləyib. Gənclərin respublika birinciliyinə bu gün yekun vurulacaq.

Qeyd edək ki, bu çempionatdan əvvəl yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi keçirilib. Yarışda 61 klub və cəmiyyətin 602 idmançısı iştirak edib. Azərbaycan birinciliyinin qaliblərinə medallar, fəxri fərmanlar və pul mükafatları verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right