Bu gün qadın voleybolçulardan ibarət Azərbaycanın "Azəryol" klubu CEV Kubokunun 1/4 final mərhələsində ilk oyununa çıxıb.
Newsport.az -ın məlumatına görə, komandamız İtaliyanın "Novara" klubu ilə üz-üzə gələcək. Bakı Voleybol mərkəzində keçiriləcək matç saat 18:00-da başlayıb.
Qeyd edək ki, xütün qalibi yarımfinalda "Dinamo" (Kazan, Rusiya) - "Ştutqart" (Almaniya) duelində qələbə qazanan komanda ilə görüşəcək.
11 fevral
CEV kuboku
18:00. "Azəryol” (Azərbaycan) – "Novara” (İtaliya) - 3:1 (25:19, 25:17, 23:25, 25:17)
Hakimlər: Munir Fattah (Almaniya), İqor Porvaznik (Slovakiya)
Bakı, Voleybol Mərkəzi