Fransanın paytaxtı Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turnirinə start verilib.
Newsport.az-ın məlumatına görə, 93 ölkədən 583 cüdoçunun qalib adı uğrunda mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 11 cüdoçu ilə təmsil olunur. Yarışın ilk günündə 4 cüdoçu ilə mübarizəyə başlayan millimiz aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyevin çıxışı uğurlu alınıb və o, gümüş medal qazanıb. Muşkiyevin bu uğurdan sonrakı açıqlamaları ilə sizi də tanış edirik.