Məmmədova Avropa çempionu oldu

Şimali Makedoniyanın Skopye şəhərində güləş üzrə U20 Avropa çempionatı davam edir.

Newsport.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb. Rəqibinə 6:0 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da, Ruzanna Azərbaycan güləşi tarixində U20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi ünvanına sahib çıxıb.

Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right