Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Azərbaycana gəlir

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün 7-10 fevral tarixlərində Bakıda səfərdə olacaq.

Newsport.az saytının məlumatına görə, onu beynəlxalq paralimpiya hərəkatının 7 nəfər görkəmli şəxslərindən biri, Paralimpik Ordeninin mükafatçısı, Böyük Britaniya Paralimpiya Assosiyasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi müşayət edəcək.

Səfər müddətində Ser F. Kreven yubiley tədbirlərində iştirak etməklə yanaşı, bir sıra rəsmi görüşlər keçirəcək. O, Milli Paralimpiya Komitəsinin və Uşaq Paralimpiya Komitəsinin idmançıları və məşqçi heyəti ilə də görüşəcək.

Qeyd edək ki, Ser Filip Kreven 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti, 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü və Benəlxalq “Ədalətli Oyunlar” Komitəsinin administrativ üzvüdür. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıqlarının fəxri cəngavər-bakalavrıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right