Marko Manenti: "Burada həqiqətən də gözəlliklər gördüm"

"Çox çətin mərhələ idi. Birinci hissədə 3 metrlik ara yarandı. O aranı qapada bildim və komandam üçün çox vacib nailiyyət əldə etdim".

Newsport.az-ın məlumatına görə, bunu Bakı - Xankəndi Azərbaycan Velosiped Yarışının IV mərhələsinin qalibi olan italiyalı velosipedçi Marko Manenti deyib. 

"Bardiani Saber" klubunun üzvü son mərhələnin çətin keçəcəyini bildirib: "Komanda olaraq, ən yaxşı sprinter köynəyini əlimizdə saxlamağa çalışacağıq. Bu, peşəkar velosiped idmanında ilk qələbəmdir. Əsas çətinlik temperatur idi. Çünki İtaliyada belə isti yoxdur". 

Manenti Azərbaycana bağlandığını da bildirib: "Düşünürəm ki, mən Azərbaycanı, Azərbaycan məni sevdi. Burada həqiqətən də gözəlliklər gördüm". 

O, İtaliyada sevdiyi futbol komandasının "İnter" olduğunu da söyləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right