“Gəncə” uduzdu, “Azərreyl” qalib gəldi

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.

Newsport.az xəbər verir ki, qadınların yarışında 8-ci turda “Gəncə” evdə “Milli Aviasiya Akademiyası”nı qəbul edib.

Gəncə İdman Sarayında baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 3:2 (20:25, 22:25, 25:19, 25:15, 15:9).

Kişilərin mübarizəsində isə 2-ci turdan təxirə salınan matçda “Azərreyl” “Gənclər”i 3:0 (25:11, 25:12, 25:20) hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right