Dünya reytinqində 104-cü pillədə olan Polina Kudermetova vətəndaşlığını dəyişib. O, bundan sonra Özbəkistanı təmsil edəcək. Məlumatı WTA-nın rəsmi internet saytı yayıb.
Kudermetovanın 22 yaşı var və o, 9 ITF turnirində qalib gəlib. Tennisçinin ən yüksək reytinqi 54-cü yer olub.
Xatırladaq ki, Polinanın bacısı, reytinqdə 30-cu yerdə olan Veronika, neytral bayraq altında yarışmağa davam edir.
Əlavə edək ki, bir müddət əvvəl Mariya Timofeeva və Kamilla Rəhimova da Rusiya vətəndaşlığından imtina edərək Özbəkistan bayrağı altında yarışmağa başlamışdılar.